Hamiləliyin 1-ci üçaylığında gedişatını proqnozlaşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Bu müddətdə hamilə daha dəqiq yoxlanılmalı və risk faktorları aşkarlanmalıdır. Hamilə 12 həftəsinə qədər müddətdə USM müayinəsi, qanda qalxanvari vəz hormonu, qanda və yaxmada infeksiyalar, qan qrupu Rh -faktor, şəkər, yaxma analizləri verməlidir. 12-13-cü həftəsində ikili tarama testi-yəni bəzi genetik xəstəliklərin skriningi olunmalıdır. 
Hamiləliyin 2-ci üçaylığında üçlü və ya dörtlü tarama testi məsləhət görülür, USM müayinəsi, hamiləliyin doppler müayinəsi, qan analizləri, kardioloq, göz həkimlərinin müayinəsi məsləhətdir. 
Hamiləliyin üçüncü üç aylığında Usm müayinəsi, qan analizləri, yaxma, sidik analizi  qara ciyər sinaqları, Ktq müayinəsi məsləhətdir.

Kolposkopiya

Kolposkopiya xüsusi kolposkop cihazı vasitəsilə uşaqlıq boynunun və uşaqlıq
yolunun müayinəsdir. Bir çox qadın xəstəliklərinin – uşaqlıq boynunun
eroziyası, uşaqlıq boynunun polipləri, kondilomalar, uşaqlıq boynu iltihabı,
vulvanın xərçəngi, uşaqlıq yolunun xərçənginin və s. diaqnostikasında istifadə
edilir.
Kolposkopiya müayinəsi üçün yüksək ixtisaslı ginekoloq Op. Dr. Gülnar
Ağayevayq müraciət edə bilərsiniz.

Sonsuzluğun müalicəsi

Sonsuzluq – bu patoloji vəziyyət olub qadının 12 ay müddətində requlyar cinsi
əlaqədə olmasına baxmayaraq hamiləliyin baş verməməsidir.
Səbəbləri – reproduktiv sistemin müxtəlif səviyyəsində ola bilər:
1) Hormonal pozğunluq – qalxanvari vəz, insulin rezistenlik, yumurtalıöın
polikistozu, endometrioz, böyrəküstü vəz hormonal pozğunluğu;
2) Uşaqlıq və artımlarının iltihabi xəstəliklərı-uşaqlıq borularının keçiriciliyinin
pozulması, bitişmələrin-sinexiyaların əmələ gəlməsi;
3) Uşaqlıq və uşaqliqyolunun, artimların anadangəlmə inkişaf qüsurları –
uşaqlığın hipoplaziyası 2-3 cü dərəcə, uşaqliq daxilində arakəsmə, ikibuynuzlu
uşaqlıq;
4) İmmunoloji sonsuzluq-uşaqlıq boynu kanalının seliyinin spermanın uşaqlığa
daxil olmasına mane olur.

Hamiləliyin təqibi

Hamiləliyin 1-ci üçaylığında-gedişatını proqnozlaşdırmaq xüsusi əhəmiyyət
kəsb edir. Bu müddətdə hamilə daha dəqiq yoxlanılmalı və risk faktorları
aşkarlanmalıdır.
Hamilə 12 həftəsinə qədər müddətdə USM müayinəsi, qanda qalxanvari vəz
hormonu, qanda və yaxmada infeksiyalar, qan qrupu Rh -faktor, şəkər, yaxma
analizləri verməlidir. 12-13-cü həftəsində ikili tarama testi-yəni bəzi genetik
xəstəliklərin skriningi olunmalıdır.
Hamiləliyin 2-ci üçaylığında üçlü və ya dörtlü tarama testi məsləhət ğörülür,
USM müayinəsi, hamiləliyin doppler müayinəsi, qan analizləri, kardioloq, göz
həkimlərinin müayinəsi məsləhətdir.
Hamiləliyin üçüncü üç aylığında Usm müayinəsi, qan analizləri, yaxma, sidik
analizi qara ciyər sinaqları, Ktq müayinəsi məsləhətdir.

Cinsi infeksiyalar

Kandidoz kolpit – kandida növlü göbələklərin törətdiyi xəstəlik və ginekoloqa
müraciətlərin ən çox rast gəlinən səbəblərindən biridir. Xəstəlik
antibakterialterapiyanın, özünümüalicənin, soyuqlamanın, immunitetin
zəyifləməsinin, hipovitaminozun, hipoestrogenemiyanın nəticəsiolaraq inkişaf
edə bilər.
Xlamidiyalar- ən çox yayılmış infeksiyalardan biridir. İnfeksiya qarın
boşluğunda bitişmələrin əmələ gəlməsinə səbəb olur, uşaqlıq boruların
keçməməzliyi, sonsuzluq, uşaqlıqdankənar hamiləlik, hidrosalpinks, hamiləlik
fəsadları və doğuşdan sonrakı fəsadlarla nəticələnir. Bu infeksiyanın aşkar klinik
əlamətləri yoxdur və xlamidiya infeksiyasının diaqnostikası üçün PZRyaxmaların götürülməsi, qanın İFA aparılmasıdır. Antibakterial terapiya kursu
və yerli müalicə təyin edilir.
Cinsi tərəfdaş da müalicə olunmalıdır. Ureaplazma və mikoplazma infeksiyaları
da cinsi infeksiyalara aiddir. Bu infeksiyaların təhlükəsi ondadır ki, qadın
cinsiyyət orqanlarının iltihabı sonradan sonsuzluq, hamiləliyin kəsilməsi,
doğuşdansonrakı fəsadlarla nəticələnir. Dölə və ciftə mənfi təsirin nəticəsində
xlamidiyalı, mikoplazma pnevmoniyası inkişaf edə bilər.
Bakterial vaginoz-uşaqlıq yolunun normal mikroflorası biosenozun pozulması
ilə bağlı xəstəkikdir. Qadının əsas şikayəti cinsi yollardan ifrazatın artması,
bəzən cinsi orqanlar nəticəsində qaşınma və diskomfort hissinin yaranmasından
ibarətdir. İltihabı əlamətləri yoxdur. Viruslu infeksiyalar gizli keçə bilir. Çox
vaxt bu sadə herpesvirusu, insan papilloması virusu, sitomeqalovirus
infeksiyasıdır. Viruslar uşaqlıq boynu iltihabı törədir, dölü zədələyir, düşüklərin,
dölün qüsurların əmələ gəlməsinə səbəb olur.
Trixomoniaz və süzənək – sidik-cindiyyət orqanlarının cinsi yol ilə ötürülən
spesifik yoluxucu xəstəlikləridir. Müalicə mümkün qədər tez başlanılmalı və
tam aparılmalıdır.

Eroziya və kondiloma müalicəsi

Uşaqlıq boynu erroziyası – uşaqlıq boynu selikli qişasının xoşxassəli
dəyişikliyindən ibarətdir, ancaq xoşxassəlı olmasına baxmayaraq, uzun muddətli
mövcud olduğu halda və müalicə olunmadığı təqdirdə erroziya çox təhlükəli
olan uşaqlıq boynu xərçınginə çevrilə bilər. Ona görə usaqlıq boynu erroziyasını
vaxtında müalıcə etmək lazımdır.
Uşaqlıq boynu erroziyası çox vaxt özünü heç bir əlamətlə biruzə vermir və
yalnız ginekoloji müayinə zamanı aşkar oluna bilər və bəzi hallarda çinsi
əlaqədən sonra qanlı ifrazat ola bilər. Çox vaxt erroziya müxtəlif infeksiyar,
abortdan doğüşdan sonra yarana bilər. Erroziyanin müalicəsi zamanı yaxma
götürülməli kolposkopiya olunmalı, Pap-test götürülməlidir. Müayinələrin
nətəcəsinə əsasən müalicə təyin olunmalıdır. Müalicə üsüllürından biri də lazer
üsüludur. Xüsusi lazer aparatı ilə erroziya koaqulyasiya olunur.
“Genital” kondilomalar və ya HPV virusu infeksiyası həm qadında həm də
kişidə əmələ gələn virus mənşəli xəstəlikdir. Kondilomaların səbəbi insanın
papilloma virusudur (İPV) və bu virusun 100 -dən çox növü aşkar olunub,
onlardan 13-xərçəng törədir.
Tiplərin əksəriyyəti dəri formasıdır, onlar 2 qrupa bölünür: 1)Yüksək onkogen
riskli viruslar uşaqlıq boynu, vulva, uşaqlıq yolu, anal nahiyənin, kişilərdə cinsi
orqanın başının xərçıngini törədir. Kandilomalar zamanı qaşıntı, göynəmə,
ifrazat ola bilər.
Kandilomaların müalicəsində:
1) immuniteti möhkəmləndirmək
2) virus əleyhinə müalicə
3) kandilomaları ən müasir üsul olan lazer aparatı vasitəsi ilə yandırılması

İntim estetik xidmətlər

İntim cərrahiyyə həm tibbi problemləri həll etmək, həm də daxili anatomik
qüsurların düzəldilməsi məqsədi ilə icra olunan müdaxilələrdir. Genişlənmiş
vagina cinsi əlaqə zamanı nəinki qadınlara, həmçinin əks cinslər baxımından da
neqativ təsirlər aşılayır. Vaginoplastika vagina daraltmaq üçün vagina divarına
icra edilən cərrahi bir prosedurdur

Hamiləlikdən qorunma (spiral)

Uşaqlığın endometriozu və ya adenomiozu deyildikdə bu xoş xassəli olub,
uşaqlığın daxili qatının, yəni endometriya qatının əzələ qatına sirayət etməsidir,
bu da nəticədə uşaqlığın ölçüsünün büyüməsinə səbəb olur. Çox hallarda bu
özünü aybaşı müddətinin uzanması, aybaşıdan əvvəl və sonra tünd ifrazatın
gəlməsi, qanaxmalarla birüzə verir.
Adenomiozun müalicəsində ən yaxşı vasitə “Mirena”-T şekilli spiral olub,
gövdəsində 52mg levonorqesterol “lNh” dərmanı yerləşdirilir, rezevuar silikon
membranla örtülür. Uşaqlığa qoyulduğu andan şutlarda 20mkq dərman ifraz
olunur. İstifadə müddəti -5 ildir. Mirena spiral qoyulduqdan sonra tədricən
qanaxmalar azalır, artıq 1 ildən sonra ayda 1-2 gün az miqdarda aybaşı olur.
Müalicə mexanizmi – endometriozu ocaqların, #çanaq ağrıların, qanaxmaların
azalmasına gətrib çıxarır. Mirena uşaqlığın daxili qatına təsir etdiyinə görə
lipidlər və WAN təhlillərində dəyişikliklər baş vermir.
Mirena spiral qoyulmamışdan əvvəl qadın mütləq müayinə olunmalıdır: Uşaqlıq
yolundan yaxma, Usm müayinesi, Diaqnostik biopsiya. Mirena spiral
qoyulduqdan sonra 1 ay sonra, 3ay sonra ve ardıcıl olaraq ildə 1 dəfə kontrol
müayinəyə gəlinməlidir

Menstruasiya pozulmaları

Menstruasiya pozulmaları reproduktiv orqanların fizioloji və patoloji
dəyişikliklər nəticəsində baş verir.
Əsas səbəblərdən biri hormonal pozğunluqlar nəticəsində qanlı ifrazat olmasıdır.
1) Fizioloji sıbəblərə:iqlim dəyişikliyi, tez-tez baş verən sinir-psixi gərginlik,
qeyri-rasional qidalanma, klimaks.
2)Patoloji səbəblər: ginekoloji xəstəliklər, daxili orqanların xroniki xıstəlikləir
yaratdığı nəticələr fonu, oral kontraseptivlər, anti koaqulyantlar, epilepsiya
əleyhinə dərmanlar təsir edə bilir. 12-17 yaş arası olan menstruasiya
pozğunluqları aybaşı funksiyasının hələ tam formalaşmadığı səbəbi ilə baş verir,
bu pozğunluqlarda yeniyetmə qızlar hormonal analizlər qanın laxtalanma
sistemi, USM müayinəsi olunmalıdır və individual müalicə təyin olunmalıdır

Laparoskopiya

Müasir ginekologiyada laparoskopik üsul bütün ginekoloji əməliyyatların
aparılmasında əvəzolunmaz, əsas müalicə seçimi və qızıl standart hesab olunur.
Laparoskopiyaya olan göstərışlər və aparılan əməliyyatlar.
Diaqnostik laparoskopiya. Diaqnostik laparoskopiya əsasən çanaq
patologiyalarının diaqnozunun qoyulması məqsədilə həyata keçirilir. Şiş
xəstəliklərində toxuma biopsiyası almaq, eləcə də sonsuz xəstələrdə uşaqlıq
borularının vəziyyəti haqqında məlumat almaq mümkündür.
Boru sterilizasiyası kontraseptiv üsul olaraq geniş və güvənli şəkildə tətbiq
edilir. Uşaqlıq boruları əsasən elektrokoterizasiya və ya klipdən istifadə etməklə
bağlanılır.
Bitişikliklərin açılması. Bitişikliklər keçirilmiş cərrahi əməliyyatlar,
endometrioz, infeksiyalarla əlaqələndirilir. Bitişmələr sonsuzluğa, xroniki çanaq
ağrılarına səbəb ola bilir. Bitişmələr açıldıqdan sonra hamiləqalma şansı vardır,
lakin sonsuz xəstələrdə boruların bağlı və hidrosalpinksli olduğu təsbit edildiyi
zaman boruların bağlanması məqsədəuyğundur.
Uşaqlıqdankənar hamiləliyin müalicəsində laparoskopiya etibarlı və uyğun
cərrahi üsul hesab olunmaqdadır. Hamiləlik kisəsinin və ya yararsız olduğu
hallarda uşaqlıq borusunun xaric edilməsi kimi manipulyasiyalarla həyata
keçirilməkdədir.
Endometriozun müalicəsi. Endometrioz diaqnozunun qoyulması və
müalicəsində laparoskopiyanın əvəzsiz rolu vardır. Endometriozlu sahələrin
kəsilərək və ya koterizə edilərək xaric edilməsi sonsuzluğun aradan
qaldırılmasına, çanaq ağrılarının azalmasına gətirib çıxarır.
Yumurtalıq kistinin çıxarılması. Əgər yumurtalıq kisti 4 cm və daha böyük
ölçülərdədirsə, konservativ müalicəyə tabe olmursa kistektomiya əməliyyatına
göstəriş vardır.
Ooferektomiya. Ooferektomiya ən çox postmenopauzal qadınlarda böyüyən və
ya persiste kist olduğu zamanı, eləcə də süd vəzisi xərçəngi zamanı profilaktik
olaraq icra olunur.
Miomektomiya. Reprodukdiv funksiyanin qorunması, orqan saxlanılması istəyi
və qadınlarda xəstəlik simptomlarını aradan qaldırmaq məqsədilə, ölçüsündən
asılı olmayaraq laparoskopik miomektomiya icra olunmaqdadır.
Histerektomiya. Reproduktiv yaşını tamamlamış, uşaqlıq və artımlarının xaric
edilməsinə göstəriş olanlarda laparoskopik histerektomiya həyata
keçirilməkdədir. Onkoloji müdaxilələr. Müasir dövrdə onkologiyada
laparoskopiya bədləşmənin cərrahi müalicəsində, ikinci baxış müdaxiləsi kimi
tətbiq olunmaqdadır. Texnologiyanın inkişafı və əldə edilmiş təcrübələr
laparoskopik üsulla geniş həcmli onkoloji əməliyyatları həyata keçirməyə imkan
verir.

Onkoginekologiya

Onkoginekologiya tibbin bir şöbəsi olub qadın cinsiyyət orqanlarının xoş və
bədxassəli törəmələri, xərçəngönü xəstəliklərin diaqnostikası, müalicəsi,
profilaktikası ilə məşğul olur.
Qadın cinsiyyət orqanlarının və süd vəzilərin ultrasəs müayinəsi ildə 1 dəfə
olunmalıdır. 1) mütləq uşaqlıq boynunun kolposkopik müayinəsi və Pap -yaxma
2) Qadın cinsiyyət orqanlarının ultrasəs müayinəsi 3) Süd vəzlərin ultrasəs
meayinəsi. 3 ildə bir dəfə 35 yaşdan yuxarı qadınlar mammaqrafiya-rentgen
müayinəsindən keçməlidirlər.
Əgər nəsildə onkoloji xəstəliklər varsa, belə qadınlar periodik olaraq çekap
müayinədən keçməlidirlər.

Təbii doğüş və keysəriyyə

Təbii doğüş-hər bir qadının həyatında ən önəmli, yadda qalan, bütün ailənin
sevincinə səbəb olan anlardır. Əgər tibbi göstəriş yoxdursa doğüşa müdaxilə
etmək və mane olmaq lazım deyil . Doğüşa qədər hamiləliyin müddəti-280
gündür. Təbii doğuş 37-42 həftə arasıdır, vaxtından əvvəl doğuş 22-37 həftə
arası sayılır.
Planlı doğuş -anatərəfindın və döl tərəfindən tibbi ğöstəriş olduqda dərman
vasitəsi ilə doğuş stimulyasiya olunaraq başa çatdırılır. Doğuş zamanı qana
cöşbəxtlik hormonu -endorfinlər ifraz olunur, bu da qadının psixo-emosional
vəziyyətinə müsbət təsir göstərir. Ağriya dözə bilməyən doğan qadına epidural
anesteziya təklif oluna bilər
Keysəriyyə əməliyyatı-müasir mamalıqda doğuşu başa çatdırmaq üçün kömək
məqsadi ilə aparılan cərrahi əməliyyatdır. Keysəriyyə əməliyyatına tibbi göstəriş
olmalıdır, bu göstırişlərin bəzilərini sadalaya bilərik 1) uşaqlıq yolunda olan
damar genişlınmələri-varikozlar 2)qanaxmalar ciftin ayrılması 3)ürək -damar
sistemi xəstəlikləri 4) Miopiya-yüksək dərıcədə görmə zəifliyi.
Planlı keysəriyyə əməliyyatı zamanı bir neçə gün əvvəl müayinələr keçirilir, 38-
39 həftəsində əməliyyat olunur. Əkiz hamiləliklərdə 37-38 həftəliklərdə
əməliyyat aparılır.