Sonsuzluq – bu patoloji vəziyyət olub qadının 12 ay müddətində requlyar cinsi
əlaqədə olmasına baxmayaraq hamiləliyin baş verməməsidir.

Səbəbləri – reproduktiv sistemin müxtəlif səviyyəsində ola bilər:
1) Hormonal pozğunluq – qalxanvari vəz, insulin rezistenlik, yumurtalıöın
polikistozu, endometrioz, böyrəküstü vəz hormonal pozğunluğu;
2) Uşaqlıq və artımlarının iltihabi xəstəliklərı-uşaqlıq borularının keçiriciliyinin
pozulması, bitişmələrin-sinexiyaların əmələ gəlməsi;
3) Uşaqlıq və uşaqliqyolunun, artimların anadangəlmə inkişaf qüsurları –
uşaqlığın hipoplaziyası 2-3 cü dərəcə, uşaqliq daxilində arakəsmə, ikibuynuzlu
uşaqlıq;
4) İmmunoloji sonsuzluq-uşaqlıq boynu kanalının seliyinin spermanın uşaqlığa
daxil olmasına mane olur.