
Uşaqlığın endometriozu və ya adenomiozu deyildikdə bu xoş xassəli olub,
uşaqlığın daxili qatının, yəni endometriya qatının əzələ qatına sirayət etməsidir,
bu da nəticədə uşaqlığın ölçüsünün büyüməsinə səbəb olur. Çox hallarda bu
özünü aybaşı müddətinin uzanması, aybaşıdan əvvəl və sonra tünd ifrazatın
gəlməsi, qanaxmalarla birüzə verir.
Adenomiozun müalicəsində ən yaxşı vasitə “Mirena”-T şekilli spiral olub,
gövdəsində 52mg levonorqesterol “lNh” dərmanı yerləşdirilir, rezevuar silikon
membranla örtülür. Uşaqlığa qoyulduğu andan şutlarda 20mkq dərman ifraz
olunur. İstifadə müddəti -5 ildir. Mirena spiral qoyulduqdan sonra tədricən
qanaxmalar azalır, artıq 1 ildən sonra ayda 1-2 gün az miqdarda aybaşı olur.
Müalicə mexanizmi – endometriozu ocaqların, #çanaq ağrıların, qanaxmaların
azalmasına gətrib çıxarır. Mirena uşaqlığın daxili qatına təsir etdiyinə görə
lipidlər və WAN təhlillərində dəyişikliklər baş vermir.
Mirena spiral qoyulmamışdan əvvəl qadın mütləq müayinə olunmalıdır: Uşaqlıq
yolundan yaxma, Usm müayinesi, Diaqnostik biopsiya. Mirena spiral
qoyulduqdan sonra 1 ay sonra, 3ay sonra ve ardıcıl olaraq ildə 1 dəfə kontrol
müayinəyə gəlinməlidir.