Müasir ginekologiyada laparoskopik üsul bütün ginekoloji əməliyyatların
aparılmasında əvəzolunmaz, əsas müalicə seçimi və qızıl standart hesab olunur.
Laparoskopiyaya olan göstərışlər və aparılan əməliyyatlar.
Diaqnostik laparoskopiya. Diaqnostik laparoskopiya əsasən çanaq
patologiyalarının diaqnozunun qoyulması məqsədilə həyata keçirilir. Şiş
xəstəliklərində toxuma biopsiyası almaq, eləcə də sonsuz xəstələrdə uşaqlıq
borularının vəziyyəti haqqında məlumat almaq mümkündür.
Boru sterilizasiyası kontraseptiv üsul olaraq geniş və güvənli şəkildə tətbiq
edilir. Uşaqlıq boruları əsasən elektrokoterizasiya və ya klipdən istifadə etməklə
bağlanılır.
Bitişikliklərin açılması. Bitişikliklər keçirilmiş cərrahi əməliyyatlar,
endometrioz, infeksiyalarla əlaqələndirilir. Bitişmələr sonsuzluğa, xroniki çanaq
ağrılarına səbəb ola bilir. Bitişmələr açıldıqdan sonra hamiləqalma şansı vardır,
lakin sonsuz xəstələrdə boruların bağlı və hidrosalpinksli olduğu təsbit edildiyi
zaman boruların bağlanması məqsədəuyğundur.
Uşaqlıqdankənar hamiləliyin müalicəsində laparoskopiya etibarlı və uyğun
cərrahi üsul hesab olunmaqdadır. Hamiləlik kisəsinin və ya yararsız olduğu
hallarda uşaqlıq borusunun xaric edilməsi kimi manipulyasiyalarla həyata
keçirilməkdədir.
Endometriozun müalicəsi. Endometrioz diaqnozunun qoyulması və
müalicəsində laparoskopiyanın əvəzsiz rolu vardır. Endometriozlu sahələrin
kəsilərək və ya koterizə edilərək xaric edilməsi sonsuzluğun aradan
qaldırılmasına, çanaq ağrılarının azalmasına gətirib çıxarır.
Yumurtalıq kistinin çıxarılması. Əgər yumurtalıq kisti 4 cm və daha böyük
ölçülərdədirsə, konservativ müalicəyə tabe olmursa kistektomiya əməliyyatına
göstəriş vardır.

Ooferektomiya. Ooferektomiya ən çox postmenopauzal qadınlarda böyüyən və
ya persiste kist olduğu zamanı, eləcə də süd vəzisi xərçəngi zamanı profilaktik
olaraq icra olunur.
Miomektomiya. Reprodukdiv funksiyanin qorunması, orqan saxlanılması istəyi
və qadınlarda xəstəlik simptomlarını aradan qaldırmaq məqsədilə, ölçüsündən
asılı olmayaraq laparoskopik miomektomiya icra olunmaqdadır.

Histerektomiya. Reproduktiv yaşını tamamlamış, uşaqlıq və artımlarının xaric
edilməsinə göstəriş olanlarda laparoskopik histerektomiya həyata
keçirilməkdədir. Onkoloji müdaxilələr. Müasir dövrdə onkologiyada
laparoskopiya bədləşmənin cərrahi müalicəsində, ikinci baxış müdaxiləsi kimi
tətbiq olunmaqdadır. Texnologiyanın inkişafı və əldə edilmiş təcrübələr
laparoskopik üsulla geniş həcmli onkoloji əməliyyatları həyata keçirməyə imkan
verir.