
Hamiləliyin 1-ci üçaylığında-gedişatını proqnozlaşdırmaq xüsusi əhəmiyyət
kəsb edir. Bu müddətdə hamilə daha dəqiq yoxlanılmalı və risk faktorları
aşkarlanmalıdır.
Hamilə 12 həftəsinə qədər müddətdə USM müayinəsi, qanda qalxanvari vəz
hormonu, qanda və yaxmada infeksiyalar, qan qrupu Rh -faktor, şəkər, yaxma
analizləri verməlidir. 12-13-cü həftəsində ikili tarama testi-yəni bəzi genetik
xəstəliklərin skriningi olunmalıdır.
Hamiləliyin 2-ci üçaylığında üçlü və ya dörtlü tarama testi məsləhət ğörülür,
USM müayinəsi, hamiləliyin doppler müayinəsi, qan analizləri, kardioloq, göz
həkimlərinin müayinəsi məsləhətdir.
Hamiləliyin üçüncü üç aylığında Usm müayinəsi, qan analizləri, yaxma, sidik
analizi qara ciyər sinaqları, Ktq müayinəsi məsləhətdir.