Təqvim metodu, insanlar arasında ən çox bilinən və istifadə edilən ovulyasiya hesablaması üsuludur. Bu üsulda ovulyasiyanın tarixi növbəti, yəni gözlənilən aybaşı tarixinə əsasən hesablanır. Ovulyasiyanın gözlənilən aybaşı tarixindən 14 gün əvvəl baş verəcəyi qəbul edilir. Məsələn, 28 günlük aybaşı dövrü olan bir qadında ovulyasiya 14-cü günə düşürsə, 35 günlük dövrü olan qadınlarda bu tarix 21-ci […]
Uşaqlıq boynu eroziyası qadınların demək olar ki, yarısından çoxunda ginekoloji müayinə zamanı, ya da vaginal doğuş zamanı aşkarlanır. Eroziya uşaqlıq boynunda yarandığı zaman və ya var olduğu müddətdə qadına heç bir əlamət vermir. Yəni uşaqlıq boynu eroziyası qadına ağrı, vaginal axıntı və ya hər hansı bir əlamət vermir. Hərdən cinsi əlaqə zamanı vaginadan qanlı ifrazat […]
Bartolinit – uşaqlıq yolu dəhlizinin (bartolin vəzinin) iltihabi-infeksion xəstəliyidir. Bartolin vəzi qadın cinsi orqanlarının selikli qişasını nəmləndirir. Əsasən gigiyenik qaydalara riayət etməyəndə cinsi orqanlarda müxtəlif mikroblar, bakteriyalar əmələ gəlir: stafilokokk, streptokokk, qonokokk və s. Vəzin kanalı tıxanır və nəticədə güclü iltihablı proses baş verir. Uşaqlıq yolunun girişində balaca, biraz ağrılı bərkimə olur. Bəzən yüngül sancma […]
Göbək bağı körpənin ana bətnində inkişafı zamanı onun bütün ehtiyaclarını qarşılayan dayaq xəttidir. Göbək bağı olmadan körpə inkişaf edə bilməz. Lazım olan qida və oksigen körpəyə göbək bağı vasitəsilə çatır.
Normal aybaşı dövrü (bir tsikl); İlk menstruasiyanın ilk günündən növbəti menstrual qanaxmanın ilk gününə qədər olan dövrü əhatə edir və orta hesabla 28 gündür. Lakin bu müddət insandan insana dəyişir və 21-35 gün arasında normal sayılır. . Menstruasiyanın ilk günü menstruasiya dövrünün 1-ci günü hesab olunur. . Aybaşı qanaxması bir qadında orta hesabla 2-7 gün […]
Tampon nədir? Tampon hopdurucu materialdan hazırlanmış və uşaqlıq yoluna yeridilən “bükmə”dir. Tampon sayəsində menstrual ifrazatlar uşaqlıq yolundan kənara tökülməyib tamponun xüsusi hopdurucu materialına hopur. Tamponların hansı növləri olur? Bezlər kimi, tamponlar da müxtəlif ölçüdə olur və hopdura bildiyi menstrual ifrazatların miqdarından asılı olaraq qablaşmada “damcı” sayı ilə işarələnir. 1-2 damcılıq tamponlar ən balaca ölçüdə olur […]
Qadınların menstrual dövrü adətən 21-36 gün arasında dəyişən müddət ərzində baş verir. Ancaq bu müddət insandan insana dəyişə bilər. Məsələn, menstruasiya dövrü 21 gündən az olduqda, adam tez-tez menstruasiya yaşaya bilər. Bu vəziyyətdə bədən daha tez-tez menstrual qanaxma yaşayır. – Digər tərəfdən, menstruasiya 36 gün və ya daha çox davam etdikdə, insanda nadir adət deyilən […]
Arzuolunmaz hamiləliyin baş verməsinin qarşının alınması yöntəmini mütləq ginekoloqunuz təyin etməlidir. Əks halda orqanizminizə ZİYAN edəcəksiniz. Kontrasepsiya nədir? Kontrasepsiya – arzuolunmaz hamiləliyin baş verməsinin qarşısının alınması üsuludur. Təəssüf ki, xanımlarımız abortlara çox müraciət edirlər. Qeyd etmək lazımdır ki, abort heç də kontraseptiv üsul deyildir və o, orqanizmə ciddi ziyan vurur. Belə ki, hamiləlik zamanı bütün […]
Sistitin belə yaranmasının əsas səbəbi menstruasiya zamanı və ya bitən kimi dərhal əlaqədir. Hətta qoruyucu ilə cinsi münasibət zamanı partnyorlar arasında cinsi mikroflora mübadiləsi gedir. Cinsi orqanların selikli qişası zədələnir. Zəif immunitet və ya artıq zəif mikroflora olan zaman, məsələn, əgər kişi və ya qadın hər hansı xəstəlikdən əziyyət çəkirsə, infeksiyası varsa, antibiotiklər qəbul edirsə, […]
Hamilə qadının artıq hamiləliyi təsdiq olunduqdan sonra mütləq fol turşusu qəbuluna başlayırıq. Hamiləlik planlanırsa, 3 ay öncədən başlanaraq fol turşusunun təyini məsləhət görülür. Fol turşusu sağlam bir hamiləlik üçün tövsiyə edilən bir qida əlavəsidir və hamiləliyin ilk 3 ayına (12 həftəsinə) qədər fol turşusu (gündə 400 mcg) davam etmək məsləhət görülür.
Hamiləliyin sağlam şəkildə davam etməsi üçün bəlli həftələrdə testlər tətbiq olunmalıdır. Bu testlərlə qan uyğunsuzluğu, infeksiyalar, genetik xəstəliklər və inkişafdan qalma kimi bir çox problemi aşkar edilir. – Hamiləliyin ən kritik vaxtlarında isə bu testlər edilməlidir👉 Ana ilə ata arasında bir Rh faktoru uyğunsuzluğu varsa, yəni ana Rh mənfi və ata Rh pozitivdirsə, qan uyğunsuzluğu […]
Qadınlarda ən çox görülən ginekoloji xəstəliklər bunlardır: – Menstruasiya ilə bağlı problemlər (aybaşı dövrünün pozulması, həddindən artıq menstruasiya və s.) – Polikistik yumurtalıq xəstəliyi (PCOS) – Vaginal axıntılar – Çanaq dibi əzələlərinin çatışmazlığı (prolapsı)- orqan sallanması – Endometrioz – Yumurtalıqların xoşxassəli törəmələri-kistalar – Uşaqlıq boynunun eroziyası – Mioma və s.
Uşaqlıq boynu eroziyası uşaqlıq boynunun “vagina” adlanan hissəsinin selikli qişasının tamlığının pozulması nəticəsində yaranır. Bu zaman uşaqlıq yolunun epitel qişası zədələnir. Yara sahəsinin dibi çoxqatlı yastı epiteli toxumasından daha aşağıda yerləşir və aydın sərhədlə xarakterizə olunur. Bəzən uşaqlıq boynunda yaranmış istənilən qızartını eroziya kimi qəbul edirlər. Lakin yuxarıda da qeyd etdiyimiz kimi uşaqlıq boynu eroziyası […]
Uşaqlıq boynu xərçəngi serviks adlanan nahiyədə inkişaf edən bir xərçəng növüdür. Uşaqlıq boynunun səthini meydana gətirən hüceyrə təbəqəsi anormal hüceyrələrə çevrildiyi zaman xərçəng önü hüceyrələr adlandırıla bilən hüceyrələr meydana çıxır. Xərçəng önü hüceyrələr erkən aşkarlanmadıqda və müalicə edilmədikdə, uşaqlıq boynu xərçənginə çevrilə bilər.Erkən mərhələdə uşaqlıq boynu xərçənginin adətən heç bir əlaməti olmur. Lakin irəli dövrlərdə […]
Pap-testin nədir? Pap-test uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəliklərinin qarşısını almaq üçün aparılan skrinin müayinə üsuludur. Pap-test necə götürülür? Bu müayinə qadın ginekoloji masada uzandıqdan sonra uşaqlıq yoluna güzgü taxılaraq götürülür.İlkin olaraq uşaqlıq boynu pambıqla selikdən təmizlənilir,sonra taxta şpatellə uşaqlıq boynunun xarici hissəsindən yaxma götürülüb əşya şüşəsinə yaxılır,daha sonra isə dişli fırça ilə servikal kanaldan […]
Əziz xanımlarımız, HPV peyvəndi HPV infeksiyalarından qoruyan, yaşa görə iki və ya üç dozada tətbiq olunan və HPV infeksiyalarının genital ziyil və ya xərçəngə səbəb olmasının qarşısını alan bir peyvənddir. Virusun adı Human Papillomavirusudur. HPV-yə ən çox cinsi yolla keçən xəstəliklərdə rast gəlinir. Bu virusun 100-dən çox növü var. Bəzi növlər ziyillərə, bəziləri də uşaqlıq […]
Poliplər endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlığın müxtəlif nahiyələrində yerləşə bilər. Ölçüsü bir neçə ml.-dən bir neçə sm.-ə qədər olur. Polipin dəqiqləşdirilməsinin ən dəqiq müayinə üsulu histeroskopiyadır. Histeroskopiya həm diaqnostika, həm də #cərrahiyyə məqsədilə istifadə olunur. Histeroskopiya vasitəsilə uşaqlıq […]
Uşaqlıq boynu hamiləliyi – çox nadir rast gələn uşaqlıqdan kənar hamiıəlik formasıdır. Döl yumurtası uşaqlıq boynu kanalının selikli qişasına yapışaraq inkişaf edir. Uşaqlıq boynu hamiləliyin baş vermə səbəbləri: 1) Uşaqlığın daxili qişasının abortlardan, diaqnostik qaşınmalardan, iltıhabi cəstəliklərdən sonra zədələnməsi. 2) Qadın cindiyyət orqanlarının endometriozu. 3) Uşaqlığın selikaltı miomaları 4) Uşaqlıq daxilində bitişmələr 5) Keysəriyyə əməliyyatı […]
Polikistik over sindromunun kliniki əlamətləri: Aybaşı pozğunluğu – aybaşının olmaması və ya qanaxmalarla olması; Yumurtalıqların ölçüsünün böyük olması və yumurtalıq qabığının qalınlaşması; Piylənmə; Dərinin, sacların yağlanması, dəridə çivzələrin əmələ gəlməsi Hirsutizm – bədəndə, üzdə çoxlu cod tüklərin çıxması. Bu əlamətlər olduqda mütləq qinekoloqla müraciət edərdiniz.
İntim cərrahiyyə həm tibbi problemləri həll etmək, həm də daxili anatomik qüsurların düzəldilməsi məqsədi ilə icra olunan müdaxilələrdir. Genişlənmiş vagina cinsi əlaqə zamanı nəinki qadınlara, həmçinin əks cinslər baxımından da neqativ təsirlər aşılayır. Vaginoplastika vagina daraltmaq üçün vagina divarına icra edilən cərrahi bir prosedurdur.
Uşaqlıq boynu eroziyası – uşaqlıq boynu selikli qişasının xoşxassəli dəyişikliyindən ibarətdir, ancaq xoşxassəlı olmasına baxmayaraq, uzun müddətli mövcud olduğu halda və müalicə olunmadığı təqdirdə erroziya çox təhlükəli olan uşaqlıq boynu xərçınginə çevrilə bilər. Ona görə usaqlıq boynu erroziyasını vaxtında müalıcə etmək lazımdır. Uşaqlıq boynu eroziyası çox vaxt özünü heç bir əlamətlə biruzə vermir və yalnız ginekoloji […]
WhatsApp us