Kandidoz kolpit – kandida növlü göbələklərin törətdiyi xəstəlik və ginekoloqa
müraciətlərin ən çox rast gəlinən səbəblərindən biridir. Xəstəlik
antibakterialterapiyanın, özünümüalicənin, soyuqlamanın, immunitetin
zəyifləməsinin, hipovitaminozun, hipoestrogenemiyanın nəticəsiolaraq inkişaf
edə bilər.
Xlamidiyalar- ən çox yayılmış infeksiyalardan biridir. İnfeksiya qarın
boşluğunda bitişmələrin əmələ gəlməsinə səbəb olur, uşaqlıq boruların
keçməməzliyi, sonsuzluq, uşaqlıqdankənar hamiləlik, hidrosalpinks, hamiləlik
fəsadları və doğuşdan sonrakı fəsadlarla nəticələnir. Bu infeksiyanın aşkar klinik

əlamətləri yoxdur və xlamidiya infeksiyasının diaqnostikası üçün PZR-
yaxmaların götürülməsi, qanın İFA aparılmasıdır. Antibakterial terapiya kursu

və yerli müalicə təyin edilir.
Cinsi tərəfdaş da müalicə olunmalıdır. Ureaplazma və mikoplazma infeksiyaları
da cinsi infeksiyalara aiddir. Bu infeksiyaların təhlükəsi ondadır ki, qadın
cinsiyyət orqanlarının iltihabı sonradan sonsuzluq, hamiləliyin kəsilməsi,
doğuşdansonrakı fəsadlarla nəticələnir. Dölə və ciftə mənfi təsirin nəticəsində
xlamidiyalı, mikoplazma pnevmoniyası inkişaf edə bilər.
Bakterial vaginoz-uşaqlıq yolunun normal mikroflorası biosenozun pozulması
ilə bağlı xəstəkikdir. Qadının əsas şikayəti cinsi yollardan ifrazatın artması,
bəzən cinsi orqanlar nəticəsində qaşınma və diskomfort hissinin yaranmasından
ibarətdir. İltihabı əlamətləri yoxdur. Viruslu infeksiyalar gizli keçə bilir. Çox
vaxt bu sadə herpesvirusu, insan papilloması virusu, sitomeqalovirus
infeksiyasıdır. Viruslar uşaqlıq boynu iltihabı törədir, dölü zədələyir, düşüklərin,
dölün qüsurların əmələ gəlməsinə səbəb olur.

Trixomoniaz və süzənək – sidik-cindiyyət orqanlarının cinsi yol ilə ötürülən
spesifik yoluxucu xəstəlikləridir. Müalicə mümkün qədər tez başlanılmalı və
tam aparılmalıdır.