Təbii doğüş-hər bir qadının həyatında ən önəmli, yadda qalan, bütün ailənin
sevincinə səbəb olan anlardır. Əgər tibbi göstəriş yoxdursa doğüşa müdaxilə
etmək və mane olmaq lazım deyil . Doğüşa qədər hamiləliyin müddəti-280
gündür. Təbii doğuş 37-42 həftə arasıdır, vaxtından əvvəl doğuş 22-37 həftə
arası sayılır.
Planlı doğuş -anatərəfindın və döl tərəfindən tibbi ğöstəriş olduqda dərman
vasitəsi ilə doğuş stimulyasiya olunaraq başa çatdırılır. Doğuş zamanı qana
cöşbəxtlik hormonu -endorfinlər ifraz olunur, bu da qadının psixo-emosional
vəziyyətinə müsbət təsir göstərir. Ağriya dözə bilməyən doğan qadına epidural
anesteziya təklif oluna bilər

Keysəriyyə əməliyyatı-müasir mamalıqda doğuşu başa çatdırmaq üçün kömək
məqsadi ilə aparılan cərrahi əməliyyatdır. Keysəriyyə əməliyyatına tibbi göstəriş
olmalıdır, bu göstırişlərin bəzilərini sadalaya bilərik 1) uşaqlıq yolunda olan
damar genişlınmələri-varikozlar 2)qanaxmalar ciftin ayrılması 3)ürək -damar
sistemi xəstəlikləri 4) Miopiya-yüksək dərıcədə görmə zəifliyi.
Planlı keysəriyyə əməliyyatı zamanı bir neçə gün əvvəl müayinələr keçirilir, 38-
39 həftəsində əməliyyat olunur. Əkiz hamiləliklərdə 37-38 həftəliklərdə
əməliyyat aparılır.