Poliplər endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir.
Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlığın müxtəlif nahiyələrində yerləşə bilər. Ölçüsü bir neçə ml.-dən bir neçə sm.-ə qədər olur.
Polipin dəqiqləşdirilməsinin ən dəqiq müayinə üsulu histeroskopiyadır.
Histeroskopiya həm diaqnostika, həm də #cərrahiyyə məqsədilə istifadə olunur. Histeroskopiya vasitəsilə uşaqlıq boşluğunu ekranda görmək və eyni vaxtda histeroskop vasitəsilə aşkarlanan polipi xaric etmək mümkündür.
Histeroskopiya çox yüngül cərrahiyyə əməliyyatı olub, adətən xəstə bu əməliyyatdan 2 saat sonra evə yazılır.