Uşaqlıq boynu yoxlanışı

Uşaqlıq boynu yoxlanışı

  • Home
  • -
  • Xəbərlər
  • -
  • Uşaqlıq boynu yoxlanışı
Uşaqlıq boynu yoxlanışı

Uşaqlıq boynu xərçəngi serviks adlanan nahiyədə inkişaf edən bir xərçəng növüdür. Uşaqlıq boynunun səthini meydana gətirən hüceyrə təbəqəsi anormal hüceyrələrə çevrildiyi zaman xərçəng önü hüceyrələr adlandırıla bilən hüceyrələr meydana çıxır. Xərçəng önü hüceyrələr erkən aşkarlanmadıqda və müalicə edilmədikdə, uşaqlıq boynu xərçənginə çevrilə bilər.Erkən mərhələdə uşaqlıq boynu xərçənginin adətən heç bir əlaməti olmur.
Lakin irəli dövrlərdə aşağıdakı əlamətlərə rast gəlinə bilir.

▪️ Cinsi əlaqədən sonra, menstrual tsikl aralarında və ya menopauzadan sonra vaginal qanaxma
▪️ Qatı və pis qoxusu olan sulu, qanlı vaginal axıntı
▪️ Cinsi əlaqə zamanı pelvikdə və ya ümumi ağrı
▪️ Cinsi nahiyədə doluluq və kütlə olma hissi
▪️ Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinmə səbəbi HPV virusudur. Lakin HPV virusu keçirmiş hər bir qadında uşaqlıq boynu xərçəngi yaranmır.

Hər bir qadına müəyyən aralıqlarla uşaqlıq boynu xərçənginə qarşı yoxlanılmaq tövsiyyə olunur.

Leave a Reply

Your email address will not be published.