Bartolin vəzinin iltihabı

Bartolin vəzinin iltihabı

  • Home
  • -
  • Xəbərlər
  • -
  • Bartolin vəzinin iltihabı
Bartolin vəzinin iltihabı

Bartolinit – uşaqlıq yolu dəhlizinin (bartolin vəzinin) iltihabi-infeksion xəstəliyidir.

Bartolin vəzi qadın cinsi orqanlarının selikli qişasını nəmləndirir. Əsasən gigiyenik qaydalara riayət etməyəndə cinsi orqanlarda müxtəlif mikroblar, bakteriyalar əmələ gəlir: stafilokokk, streptokokk, qonokokk və s. Vəzin kanalı tıxanır və nəticədə güclü iltihablı proses baş verir.
Uşaqlıq yolunun girişində balaca, biraz ağrılı bərkimə olur. Bəzən yüngül sancma və ya yanğı hiss edilir. Xəstəlik irəliləyəndə xarici cinsi orqanlarda hərəkət və cinsi akt zamanı kəskin ağrı əmələ gəlir. Pasientin hərarəti 38-39 dərəcəyə qalxır və güclü üşütmə olur. Uzun müddət müalicə olunmayan xəstəlik xroniki formaya keçə bilər. Qadında bartolin vəzin kistası əmələ gəlir.

Xəstəliyin əvvəlində konservativ yolla, irin və ya kista əmələ gəldiyində isə cərrahi yolla müalicə edilir.

Leave a Reply

Your email address will not be published.