SERVİKAL EROZIYA (UŞAQLIQ BOYNUNUN EROZİYASI)

SERVİKAL EROZIYA (UŞAQLIQ BOYNUNUN EROZİYASI)

  • Home
  • -
  • Xəbərlər
  • -
  • SERVİKAL EROZIYA (UŞAQLIQ BOYNUNUN EROZİYASI)
SERVİKAL EROZIYA (UŞAQLIQ BOYNUNUN EROZİYASI)

Uşaqlıq boynu eroziyası qadınların demək olar ki, yarısından çoxunda ginekoloji müayinə zamanı, ya da vaginal doğuş zamanı aşkarlanır. Eroziya uşaqlıq boynunda yarandığı zaman və ya var olduğu müddətdə qadına heç bir əlamət vermir. Yəni uşaqlıq boynu eroziyası qadına ağrı, vaginal axıntı və ya hər hansı bir əlamət vermir. Hərdən cinsi əlaqə zamanı vaginadan qanlı ifrazat gələ bilər. Uşaqlıq boynu eroziyası nədir deyə soruşsanız, eroziya uşaqlıq boynunda yaranmış yaradır. Hormonal pozğunluqdan (Yalançı eroziya) və müxtəlif cinsi yolla keçən infeksiyaların , bəzi virusların və mikrobların törətdiyi iltihabi proses (Həqiqi eroziya) nəticəsində meydana çıxa bilir. Həkim, pasienti müayinə etdikdən sonra eroziyanın yaranma səbəbini aşkarladıqdan sonra müvafiq müalicə təyin edir. Eyni zamanda Pap Smear analizi verir, ehtiyac varsa kolposkopiya müayinəsi edilir və yenə də ehtiyac varsa biopsiya ( hüceyrəsini yoxlamaq üçün yaradan kiçik hissəcik) götürülür və histoloji müayinəyə göndərilir. Histoloji müayinənin cavabına əsasən müalicənin davamı və qadının sağlamlığı üçün taktika seçilir.
Ümumiyyətlə hər bir qadın ildə 1 dəfə ginekoloq müayinəsi və Pap Smear testi keçməsi vacibdir! Çünki xəstəliklər gəlməzdən öncə xəbərdarlıq eləmir.

Əziz xanımlar, sağlamlığınızı qoruyun ! Çünki bir yerə qədər sağlamlığınız sizin və həkiminizin əlində olur!

Leave a Reply

Your email address will not be published.